Haqqımızda

ADU HİK 1348 nəfəri özündə birləşdirən 52 ilk həmkarlar təşkilatından ibarətdir. HK nəzdində gənclərlə iş, gender məsələsi, fərdi əmək mübahisələri, idman, mədəni kütləvi işlər, sosial iqtisadi komissiya iş planına və maliyyə fəaliyyət planına uyğun fəaliyyət göstərir. İş planında mədəni kütləvi tədbirlər maddi yardım, idmanla bağlı tədbirlərin həyata keçirilməsi üçün maliyyə resursları ayrılmışdır. ADU HİK 12 ay müddətində fəaliyyətini universitet əməkdaşlarının həmçinin Respublika həmkarlar təşkilatının təlimatları əsasında kordinasiya edir və həyata keçirir.
Bilik günü, Müəllim günü, Ahıllar günü, Zəfər bayramı, Dünya Azərbaycanlıların Həmrəylik günü, Yeni il, 20 yanvar, 26 fevral, 8 mart, Novruz bayramı, Qurban bayramı, 28 may Respublika günü, Milli ordunun yaranması günü münasibəti ilə tədbirlər həyata keçirir. Kollektiv üzvlərinin həmkarlar təşkilatı vasitəsilə sosial aktivliyini təmin edir.
Ayın müəllimi hər ay, ilin müəllimi ilin sonunda həmkarlar ittifaqı komitəsində əsasnaməyə uyğun qiymətləndirilir və ADU HİK tərəfindən maliyyələşdirilir.(Hər bir müəllimə 100 manat)
İlin müəllimi hər ilin sonunda HİK-in məclisində təntənəli sürətdə qiymətləndirilir(3 nəfər müəllimə 300 manat)
Ümumili Lider Heydər Əliyevin doğum günü münasibəti ilə tələbələri qalib müəllimlər HİK tərəfindən mükafatlandırılır, müəllim və tələbələrin pedaqoji fəaliyyəti stimullaşdırılır.
ADU HİK əməkdaşlarının asudə vaxtı tədris prosesi ərzində universitetin idman zalında pedaqoji xarakterli müxtəlif tədbirlərin həyata keçirilməsində icra olunur. İdman zalının avadanlıqları ADU HİK tərəfindən maliyyələşdirilib.
Universitetin əməkdaşlarının asudə vaxtının təşkilində, sağlamlığın bərpasında istirahətinin təşkilində Elm və təhsil işçiləri həmkarlar təşkilatının Respublika Komitəsinin dəstəyi əvəz olunmazdır.
ADU HİK tərəfindən gender məsələsi gənc əməkdaşların həmkarlar komitəsinin motivləşdirilməsi dəyirmi masalar vasitəsi ilə həyata keçirilir. Hər ay kafedralarda və struktur bölmələrdə həmkarlar təşkilatlarının üzvləri ilə görüşlər keçirilir. ETİHİ-nin təlimat məktubları haqqında məlumat verilir. Yeniliklər ADU əməkdaşlarına çatdırılır. Əmək və Sosial müdafiə komissiyası hər həftə müxtəlif bölmələrdə əməyin təşkili, motivləşdirilməsi, keyfiyyətli əməklə bağlı söhbətlər aparır irad və təklifləri dinləyir. Çatışmayan cəhətləri həll etməyə çalışır.
Fərdi əmək məsələləri komissiyası əməkdaşların əmək mübahisələrini, yarım ştat 0.75, tam ştatlarla bağlı dərs yüklərini tənzim edilməsini nizamlayır. Əməkdaşlara hüquqi yardım göstərir. İş saatı, dərs bölgüsü, iş saatlarından səmərəli istifadə keyfiyyətli əmək nəticələri ilə bağlı müsahibələr aparır. Fərdi iradları və şikayətləri dinləyir əməkdaşlara müvafiq köməklər edir. Kollektiv müqaviləni yerinə yetirilməsinə nəzarət müvafiq komissiya tərəfindən həyata keçirilir. Əmək məzəlləsinin tələbləri gözlənilir və icra olunur.
ADU HİK Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin gənclərin vətənpərvərlik və vətəndaşlıq hüququnda tərbiyəsi haqqında göstərişləri ilə bağlı müəllim tələbə disputları təşkil edir. Fəal həmkarlar işçilərini qiymətləndirir. Universitetin əməkdaşları arasında dövlətçiliklə bağlı tərbiyənin formalaşdırılması ilə bağlı həmkarlar komitəsinin platformasından istifadə edir. Komitənin fəalları universitetdə keçirilən bütün tədbirlərdə iştirak edir, çıxış edir və təşəbbüs göstərir. Qazi və şəhid ailələri daim həmkarlar komitəsinin nəzarətindədir onların istək və qayğılarına qarışıq verilir və il boyu davam edir.

İttifaqın struktur genişliyi və üzv sayı
ADU HİK 1348 nəfəri özündə birləşdirən 52 ilk həmkarlar təşkilatından ibarətdir.
Azərbaycan Dillər Universiteti HİK:


