Xəbərlər
ADU-da Elmi şuranın 2025-2026-cı tədris ilinin yekunlarına həsr olunmuş iclası keçirilib
ADU-da Elmi şuranın 2025-2026-cı tədris ilinin yekunlarına həsr olunmuş iclası keçirilib
İyulun 10-da Azərbaycan Dillər Universitetində Elmi şuranın 2025-2026-cı tədris ilinin yekunlarına həsr olunmuş iclası keçirilib.
Öncə Azərbaycan Dillər Universitetində uzun illər səmərəli fəaliyyət göstərmiş görkəmli alim, tanınmış pedaqoq Əmralı Şirəli oğlu Şirəliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADU-nun rektoru, akademik Kamal Abdulla ADU-nun Rus dili və ədəbiyyatı kafedrasının dosenti Zülfünaz Babaşovanın 80 illik, German dilləri tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosenti Fialə Abdullayevanın 60 illik, Tərcümə araşdırmaları mərkəzinin baş mütəxəssisi, “Xəzər” jurnalının baş redaktoru Etimad Başkeçidin 60 illik, Ümumi dilçilik kafedrasının professoru Çingiz Qaraşlının 75 illik yubileyləri, Elm və innovasiya məsələləri üzrə prorektor, professor Həmidə Əliyevanı və Tərcümə fakültəsinin dekanı, professor Bənövşə Məmmədovanı doğum günü münasibətilə təbrik edib, əməkdaşlara yeni elmi nailiyyətlər arzu edib.
ADU-nun rektoru, akademik Kamal Abdulla ADU-nun əməkdaşları Sevda İmanova, Aida Sobor, Aytən Allahverdiyeva, Fatma Qurbanzadə, Aygün Rüstəmzadə, Hüsniyyə Tanrıverdiyeva, Mətanət Qocayeva, Səadət Nuriyeva, Arzu Baxşəliyeva, Zəhra Qəhrəmanova və Firəngiz Qurbanovanı elmi dərəcə və elmi adlar almaları münasibətilə təbrik edib, gələcək elmi fəaliyyətlərində uğurlar arzu edib.
ADU MHİK-nin təşkilatçılığı və dəstəyi ilə yubilyarlara və elmi adla təltif olunanlara gül dəstələri təqdim olunub.
ADU Həmkarlar İttifaqı Komitəsindən əməkdaşlar üçün növbəti istirahət səfəri

ADU Həmkarlar İttifaqı Komitəsindən əməkdaşlar üçün növbəti istirahət səfəri
İyunun 27-də Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən "Xarici dillərin tədrisi metodikası" kafedrasının əməkdaşları üçün Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə Şamaxı rayonuna gəzinti təşkil olunub.
Səfərin məqsədi əməkdaşların asudə vaxtının səmərəli təşkili, kollektiv daxilində mehriban münasibətlərin möhkəmləndirilməsi və əməkdaşlar arasında ünsiyyətin daha da inkişaf etdirilməsi olub.
Gəzinti çərçivəsində iştirakçılar Şamaxının zəngin tarixi, mədəni irsi və füsunkar təbiəti ilə yaxından tanış olublar. Onlar rayonun görməli yerlərini ziyarət edib, tarixi-mədəni abidələr haqqında ətraflı məlumat əldə ediblər.
Səfər iştirakçıları təşkil olunan gəzintiyə görə Azərbaycan Dillər Universitetinin Həmkarlar İttifaqı Komitəsinə təşəkkürlərini bildirərək, bu cür tədbirlərin kollektiv ruhunun gücləndirilməsində və əməkdaşlar arasında səmimi münasibətlərin formalaşmasında mühüm rol oynadığını vurğulayıblar.
ADU əməkdaşları üçün İsmayıllıya gəzinti təşkil olunub

ADU əməkdaşları üçün İsmayıllıya gəzinti təşkil olunub
İyunun 21-də Azərbaycan Dillər Universiteti Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatı kafedrasının müəllim heyəti İsmayıllı rayonuna səfər edib. Səfər zamanı müəllimlər rayonun füsunkar təbiəti və görməli yerləri ilə tanış olublar. Səfər çərçivəsində iştirakçılar İsmayıllının zəngin təbiətindən zövq alıb, rayonun tarixi və mədəni məkanlarını ziyarət ediblər. Birgə təşkil olunan istirahət proqramı müəllim heyətinin asudə vaxtının səmərəli keçirilməsinə, kollektiv daxilində qarşılıqlı ünsiyyətin və həmrəyliyin daha da möhkəmlənməsinə şərait yaradıb.
Qeyd olunub ki, bu cür səfərlər əməkdaşların sosial-mədəni həyatının zənginləşdirilməsi, onların işgüzar fəaliyyətinə müsbət motivasiya verilməsi və kollektiv ruhunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
ADU əməkdaşları üçün Qubaya gəzinti təşkil olunub
ADU əməkdaşları üçün Qubaya gəzinti təşkil olunub
İyunun 20-də Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin Müasir dillər kafedrasının əməkdaşları üçün Azərbaycan Dillər Universitetinin Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə Quba rayonuna gəzinti təşkil olunub. Gəzinti çərçivəsində əməkdaşlar Qubanın zəngin təbiəti ilə yaxından tanış olub, rayonun tarixi və görməli məkanlarını ziyarət ediblər.
Gəzinti iştirakçılarda xoş təəssürat yaradıb, onların asudə vaxtının səmərəli təşkili və kollektiv daxilində əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradıb.
Gün ərzində əməkdaşlar birgə istirahət edib, səmimi ünsiyyət şəraitində fikir mübadiləsi aparıblar.
Qeyd olunub ki, bu cür tədbirlər kollektivin sosial həyatının zənginləşdirilməsi, əməkdaşlar arasında dostluq və həmrəylik münasibətlərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Misgər Məmmədov: Təhsil milli kimliyi qoruyan və gələcəyi formalaşdıran strateji institutdur”
Misgər Məmmədov: Təhsil milli kimliyi qoruyan və gələcəyi formalaşdıran strateji institutdur”
– Misgər müəllim, Azərbaycan Dillər Universitetinin Biləsuvar səfəri ilə bağlı ümumi təəssüratlarınızı bölüşərdiniz.
– Biləsuvar səfəri təhsil sahəsində həyata keçirilən əməkdaşlıq təşəbbüslərinin praktik nəticələrini müşahidə etmək baxımından olduqca əhəmiyyətli idi. Çin kimi nəhəng bir ölkənin səfirinin iştirakı ilə həyat keçirilən Çin təhsili, ADU vasitəsi ilə Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində reallaşan arzular həmin görüşün ən məsuliyyətli anı idi. Səfər çərçivəsində keçirilən görüşlər və müzakirələr bir daha göstərdi ki, müasir təhsil yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır, eyni zamanda vətəndaş məsuliyyətinin, milli özünüdərkin və sosial həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir. Təhsil vasitəsi ilə müassir gəncliyin formalaşmasında akademik Kamal Abdullanın bağça-orta məktəb, ali məktəb cəmiyyət modelinin paratiqmasının şahidi oluruq. Biləsuvarda təhsilə göstərilən diqqət, gənclərin inkişafına yönəlmiş yanaşmalar və müxtəlif institutlar arasında formalaşan əməkdaşlıq mühiti olduqca müsbət təəssürat yaratdı.
– Səfər zamanı sizi ən çox təsirləndirən məqamlardan biri nə oldu?
– Düşünürəm ki, ən təsirli məqamlardan biri təhsillə və vətənpərvərlik dəyərlərinin bir-birini tamamlayan anlayışlar kimi təqdim olunması idi. Xüsusilə Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan Təhsil Kompleksində keçirilən tədbirlər gənc nəslin milli ruhda formalaşdırılması istiqamətində görülən işlərin əyani nümunəsi idi. Şəhid ailələrinə göstərilən ehtiram, qəhrəmanlarımızın xatirəsinin yaşadılması və gənclərin bu dəyərlər ətrafında tərbiyə olunması cəmiyyətimizin sağlam inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
– Təhsil Kompleksi ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlığı necə qiymətləndirirsiniz?
– Bu əməkdaşlıq ali və orta təhsil müəssisələri arasında qurulan əlaqələrin uğurlu modelidir. Belə layihələr şagirdlərin universitet mühiti ilə daha yaxından tanış olmasına, onların gələcək peşə və təhsil seçimlərinə müsbət təsir göstərməsinə imkan yaradır. Eyni zamanda universitet əməkdaşlarının məktəblərlə təcrübə mübadiləsi aparması, müxtəlif maarifləndirici layihələr həyata keçirməsi təhsil sisteminin bütövlükdə inkişafına xidmət edir.
– Biləsuvarda açılan Konfutsi Mərkəzinin əhəmiyyətini necə dəyərləndirirsiniz?
– Konfutsi Mərkəzinin açılması yalnız yeni bir tədris məkanının yaradılması deyil. Bu, həm də təhsilin beynəlmiləlləşməsi prosesinin tərkib hissəsidir. Müasir dünyada gənclərin fərqli dilləri və mədəniyyətləri öyrənməsi onların dünyagörüşünün genişlənməsinə, müxtəlif xalqlarla daha sağlam ünsiyyət qurmasına imkan yaradır. Bu baxımdan mərkəzin fəaliyyəti gələcəkdə həm təhsil, həm də mədəni əlaqələrin inkişafına mühüm töhfə verəcək.
– Psixoloq və pedaqoq kimi bu səfərdən hansı nəticələri çıxardınız?
– Psixoloji baxımdan gənclərin formalaşmasında məktəb, ailə və cəmiyyət amillərinin vəhdəti böyük rol oynayır. ADU-nun rektoru akademik Kamal Abdullanın həyata keçirilməsində pedaqoji uğuru göz qabağındadır. Biləsuvarda gördüklərimiz göstərdi ki, bu istiqamətdə sağlam əməkdaşlıq mühiti formalaşdırılıb. Gənclərə göstərilən diqqət, onların inkişafı üçün yaradılan imkanlar və milli dəyərlərə bağlılığın təşviqi gələcəyimiz üçün mühüm perspektivlər vəd edir. Hesab edirəm ki, belə təşəbbüslər təkcə təhsil nəticələrinə deyil, eyni zamanda sağlam və məsuliyyətli vətəndaşların yetişməsinə xidmət edir.
– Səfərdən çıxardığınız əsas nəticə nə oldu?
– Hesab edirəm ki, səfərin əsas nəticəsi təhsilin inkişafının yalnız təhsil müəssisələrinin deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyəti olduğunu bir daha nümayiş etdirməsi oldu. Biləsuvarda şahidi olduğumuz təşəbbüslər göstərdi ki, məktəb, universitet, dövlət qurumları və ictimai institutlar arasında qurulan əməkdaşlıq modeli gənclərin daha savadlı, milli dəyərlərə bağlı və müasir dünyagörüşünə malik vətəndaşlar kimi formalaşmasına mühüm töhfə verir. Bu baxımdan səfər təkcə görülən işlərlə deyil, gələcəyə yönəlmiş strateji baxışın təqdim olunması ilə də yadda qaldı.
İctimaiyyətlə əlaqələr şöbəsinin redaktoru
Şəhla Əhmədova
Ulu Öndərin 103-cü ildönümünə həsr olunan müsabiqə qalibləri təltif olunub

Ulu Öndərin 103-cü ildönümünə həsr olunan müsabiqə qalibləri təltif olunub
Mayın 15-də Azərbaycan Dillər Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində “Şəhərsalma və memarlıq ili” ilə bağlı tədbirlər planına uyğun olaraq Müəllim və Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə universitet tələbələri arasında təşkil olunan esse və tələffüz müsabiqələrinin yekununa həsr edilmiş tədbir keçirilib.
ADU-nun İngilis və fransız dilləri fakültəsinin dekanı, dosent Vəfa Babayeva tədbir iştirakçılarını salamlayaraq bildirib ki, müsabiqə xarici dil fənlərinin məzmununa və təlim nəticələrinə uyğun şəkildə Azərbaycanın müasir dövrünün memarı Heydər Əliyev irsinin gələcək nəsillərə aşılanması, eyni zamanda gənclərin Heydər Əliyev haqqında fikir və təfəkkürlərinin genişləndirilməsi, Azərbaycanın şəhərsalma və memarlıq ənənələri barədə biliklərinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində “Şəhərsalma və memarlıq ili” ilə bağlı tədbirlər planına uyğun keçirilən müsabiqələrə tələbələr böyük maraq göstərərək Azərbaycanda şəhərsalma və memarlıq ənənələri, Böyük Qayıdış konsepsiyası ilə bağlı mövzular üzrə ingilis və alman dillərində esselər təqdim ediblər. Həmçinin bildirilib ki, müsabiqədə iştirak edən tələbələrin bir qismi Ümummilli lider Heydər Əliyevin əvvəlki ildönümlərinə həsr olunmuş esse müsabiqələrində də hər il ardıcıl və məqsədyönlü şəkildə iştirak edir.
2026-cı ilin aprel və may aylarında müxtəlif seçim mərhələlərindən ibarət olan müsabiqələr Müəllim Həmkarlar İttifaqı Komitəsinin maliyyə dəstəyi, hər iki fakültənin və onların nəzdində fəaliyyət göstərən kafedraların təşkilatçılığı ilə 500 tələbənin iştirakı ilə həyata keçirilib.
Bildirilib ki, şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə şifahi müsabiqələrə fakültə dekanlığının və Müəllim Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri dəvət olunub, qiymətləndirmə isə münsiflər heyəti tərəfindən aparılıb. Yazılı müsabiqələrdə isə işlər kodlaşdırılaraq xüsusi münsif komissiyası tərəfindən yoxlanılıb.
Sonda qaliblərə diplom və sertifikatlar İngilis və fransız dilləri fakültəsinin dekanı, dosent Vəfa Babayeva, İngilis və alman dilləri fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Naibə Camalzadə, həmin fakültənin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Elnarə Putayeva, Alman dilinin leksikologiyası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Əsgərova, İngilis dilinin fonetikası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Qocayeva və İngilis və alman dilləri fakültəsinin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri, İngilis dilinin leksikologiyası kafedrasının baş müəllimi Mülayim Bağırova tərəfindən təqdim olunub.
ADU müəllim heyəti üçün Lənkərana ekskursiya təşkil edilib

ADU müəllim heyəti üçün Lənkərana ekskursiya təşkil edilib
Azərbaycan Dillər Universitetinin Filologiya (ADU) fakültəsi nəzdində fəaliyyət göstərən Avropa dilləri kafedrasının müəllim heyəti üçün Lənkərana maraqlı və yaddaqalan ekskursiya təşkil olunub. Səfər ADU Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə həyata keçirilib.
Ekskursiyanın əsas məqsədi müəllimlərin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, həmçinin müəllim heyətinin mənəvi istirahətinin təmin olunması olub.
Səfər çərçivəsində iştirakçılar Azərbaycanın dilbər guşələrindən biri olan Lənkəranın təbiəti, zəngin mədəni irsi və tarixi məkanları ilə yaxından tanış olublar.
ADU-da “Ən yaxşı esse” müsabiqəsi keçirilib

ADU-da “Ən yaxşı esse” müsabiqəsi keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Müəllim Azad Həmkarlar Komitəsinin təşəbbüsü və dəstəyi, Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin Qərb ölkələri üzrə Regionşünaslıq kafedrası və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü” və “Arxitektura ili” çərçivəsində Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin bakalavr və magistrantları arasında “Ən yaxşı esse” müsabiqəsi keçirilib.
Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin dekanı, professor İbrahim Kazımbəyli “Ən yaxşı esse” müsabiqəsinin iki ay əvvəl elan olunduğunu, elanların tələbələrə onlayn şəkildə göndərildiyini, eyni zamanda elan lövhəsində yerləşdirildiyini bildirib. O qeyd edib ki, bu müddət ərzində çox sayda iş təqdim olunub, lakin yalnız 16 tezis mövzuya uyğun hesab edilərək qiymətləndirməyə cəlb edilib.
Müsabiqəyə təqdim olunan 16 tezis aşağıdakı mövzuları əhatə edib: “Heydər Əliyev və Azərbaycan memarlığının qızıl dövrü” (Sevil Allahyarova Hafiz qızı), “Роль Гейдар Алиева в сохранении культурного наследия Азербайджана” (Barışnikova Svetlana), “Градостроительная политика Гейдара Алиева и исторические решения, изменившие облик Баку” (Abbasova Xədicə), “Daşlarda yazılan tarix: Azərbaycan memarlığının qızıl dövrü” (Humay Həsənova), “Heydər Əliyev Mərkəzi müasir Azərbaycan memarlığının simvolu kimi” (Ələsgərova Məryəm), “İşğaldan azad olunmuş ərazilərdə ‘Böyük Qayıdış’ və yeni arxitektura” (Bahar Süleymanova, Əsgərova Ayşən, Suqra Rüstəmova, Əliyeva Aytəkin), “Heydər Əliyev və Azərbaycan abidələrinin qorunması” (Nuranə Ağayeva), “Mədəni irsin qorunmasında Heydər Əliyevin rolu” (Əsmər Əlizadə), “Şərq və Qərb memarlıq ənənələrinin sintezi – Heydər Əliyev Mərkəzi” (Adilə Məmmədli), “Политика Гейдара Алиева в области городского планирования…” (Məmişov Elçin), “Böyük Qayıdış strategiyası çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma və memarlıq modeli” (Sultanova Türkanə), “Azərbaycan mədəni irsinin qorunmasında Heydər Əliyev fenomeni” (Nəzrin Ərzimanova) və “Şuşada ‘Böyük Qayıdış’ və yeni memarlıq” (Nərmin Padarova).
Münsiflər heyətində fakültə dekanı, professor İbrahim Kazımbəyli, fakültə üzrə kafedra müdirləri və Azad Həmkarlar Təşkilatının sədri dosent Misgər Məmmədov yer alaraq tələbələrin təqdim etdikləri tezisləri qiymətləndiriblər.
Dosent Misgər Məmmədov çıxışında Azərbaycanın sürətli inkişafını, müharibədən sonrakı bərpa və yenidənqurma proseslərini vurğulayaraq, urbisidə məruz qalmış şəhər və kəndlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından WUF13 tədbirinin Bakıda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, həmçinin Ümummilli lider Heydər Əliyevin memarlıq sahəsinə göstərdiyi diqqəti, onun rəhbərliyi dövründə inşa edilən mühüm memarlıq nümunələrini qeyd edərək təşkilatçılara və iştirakçılara təşəkkürünü ifadə edib.
Müsabiqə nəticələri Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının 29 aprel 2026-cı il tarixli iclasında təsdiqlənib. Fakültə şurası isə kafedra və münsiflər heyətinin qərarına əsasən nəticələri rəsmiləşdirib.
Nəticələrə əsasən, I yerə magistrant Məmişov Elçin, II yerə Sevil Allahyarova, III yerə isə Nuranə Ağayeva layiq görülüb. Qaliblər sertifikat və Azad Həmkarlar Komitəsinin dəstəyi ilə pul mükafatı ilə təltif olunublar. Digər iştirakçılara isə sertifikatlar təqdim edilib.


